Xəbər verdiyimiz kimi, Rusiyanın Sverdlovsk vilayətinin Rejevski rayonunda meşə yanğınları ərazidəki barıt anbarlarına keçib. 

"Unikal"ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, rayon hakimiyyəti yanğınla bağlı bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Pervomayski kəndində artıq partlayış səsləri eşidilir. Məlumata görə, hazırda 36 anbarın yanma təhlükəsi var ki, onlardan səkkizində yanar maddələr mövcuddur. 

Ağarza Elçinoğlu