Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb.

Ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında yazıb ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.  

Ağarza Elçinoğlu