Belarus prezidenti Aleksandr Lukaşenkonun Kremldə keçirilən təntənəli şam yeməyinə qatıla bilməməsinin səbəbi açıqlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qələbə paradından sonra Belarus liderinin səhhəti pisləşib.

Səhhəti pisləşdiyi üçün Lukaşenko tələsik Moskvanı tərk edib.

"Hava limanında 68 yaşlı Belarus liderini təcili yardım maşını gözləyirmiş", - deyə məlumatda qeyd olunub.

***17:44

Belarus lideri Aleksandr Lukaşenko Moskvada keçirilən Qələbə paradı başa çatdıqdan dərhal sonra Moskvanı tərk edərək Minskə uçub.

"Unikal" Belarusun "Belsat" telekanalına istinadən xəbər verir ki, Lukaşenko artıq Minskə qayıdıb. 

O, paradda əli sarğı ilə görüntülənib. O, Putinin təşkil etdiyi nahara belə qalmayıb. Həmçinin, Lukaşenko Putin və digər prezidentlərlə Aleksandr bağına da getməyib.

Media onun addım atmağında çətinlik çəkdiyini yazıb. 

Ağarza Elçinoğlu