"İsrail, lazım olarsa, İranla bir neçə cəbhədə döyüşməyə hazırdır. İranın Suriyada ikinci Livan yaratmasının qarşısını almaq üçün hərbi vasitələrlə hərəkət edirik".

"Unikal" xəbər verir ki, bu sözləri İsrailin baş naziri İsrail ordusunun Qəzza zolağına endirdiyi və "İslami Cihad" Təşkilatının üç komandiri də daxil olmaqla ən azı 13 fələstinlinin həlak olması və 20 nəfərin yaralanması ilə nəticələnən hava hücumundan bir neçə saat sonra deyib.

“Qalxan və Ox” adlı bu əməliyyat İsrailin Daxili Təhlükəsizlik Xidmətinin iştirakı ilə həyata keçirilib.