Türkiyədə Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, danışıqlarda sövdələşmənin 2 ay uzadılması məsələsi müzakirə olunur, lakin yekun qərarı Putin və Ərdoğan verəcək. Müqavilənin müddəti 8 gündür.