Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezident seçkilərindən geri çəkilsə də, onun seçkilərin ilk turunda səsləri keçərli olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Qurumunun sədri Əhməd Yenər məlumat verib.

Ə.Yenər bildirib ki, seçki qanunvericiliyinə görə, yalnız ikinci mərhələ üçün İncənin namizədliyini geri götürməsi nəzərə alınacaq.

Xatırladaq ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə seçkilərə 2 gün qalmış namizədliyini geri götürüb.