Türkiyədəki seçkilərdə ATA Alyansının namizədi Sinan Oğan ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turunda Kılıçdaroğlunu dəstəkəyəcəyini bildirib. 

"Unikal" xəbər verir ki,  o, bu barədə Reuters-ə danışıb.

Sinan Oğan kürd tərəfdarı partiyaya güzəşt edilmədiyi təqdirdə Kılıçdaroğlunu dəstəkləyə biləcəyi siqnalını verib.

""Kürd yanlısı partiya" heç bir güzəşt etməməyi qəbul edəcəyi təqdirdə Kamal Kılıçdaroğluna səs verəcəyik. Biz əslində seçki başlayanda demişdik ki, "seçki ikinci tura keçəcək". "Çünki biz sahəni düzgün oxumalıyıq. İlk gündən sahəni düzgün oxuyuruq. Oxuduğumuz sahə də tam eyni idi. Biz 11-12 faiz səs gözləyirdik. Hesab edirik ki, o səsi aldıq. Bəzi seçki qutularında yüzdə 2 aşınma var idi. Son 3 gündə Məhərrəm İncədən ayrılan izdiham bizə hücum etdi. Seçki günü söz-söhbət etdilər. Məktəblərə pankartlar asdılar "Sinan Oğan geri çəkildi" dedilər. Onlar hər cür çirkin oyunlar oynayırdılar. Amma buna baxmayaraq, hədəfimizdən geri qalmadıq. Biz nə dedik? “Bu seçkinin mərkəzində türk millətçiləri olacaq”. Bu seçkidə HDP və HUDA PAR əsas olmayacaq . Bu seçkinin təyinedicisi biz olacağıq. İstədiyimiz bütün məqsədlərə nail olduq. Bundan sonra Türkiyənin böhrana və siyasi qarışıqlığa girməməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik və alacağıq. -deyə Sinan Oğan bildirib.