İndoneziyanın Yava adasının cənubunda 6,2 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumat yayıb.

Zəlzələ 636 min nəfər əhalisi olan Yoqyakarta şəhərindən təqribən 197 kilometr cənub-şərqdə baş verib. Ocaq 40 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.