Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlayıb.

"Unikal" xəbər verir ki, 36 yaşlı hücumçu "Mundo Deportivo" nəşrinə müsahibəsində ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini bildirib.

O, uzun illər formasını geyindiyi İspaniya "Barselona"sına qayıtmayacağını söyləyib.

Qeyd edək ki, Lionel Messinin son klubu Fransa PSJ-si olub.