Krım körpüsündə hərəkət antiterror təlimləri səbəbindən bağlanıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Krımın nəqliyyat naziri Nikolay Lukaşenko məlumat verib. 

“Krım körpüsündə antiterror təlimləri keçirilir”, - Lukaşenko bildirib.

Qeyd edək ki, mayın 19-da Rusiya baş nazirinin müavini Marat Xusnullin təhlükəsizlik baxımından Krım körpüsü ilə yük maşınlarının, o cümlədən boş maşınların hərəkətinə hələlik icazə verilməyəcəyini bildirib.

Gülayə Mecid