Əlcəzairin cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Əlcəzair xilasetmə xidmətinin yaydığı məlumata görə, yerli vaxtla saat 04:15-də (Bakı vaxtı ilə 07:15) Tamanrasset əyalətində sərnişin avtobusu yolsuzluq avtomobili ilə toqquşub.

Qəza nəticəsində azı 34 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər gəliblər. Qəzanın səbəbləri araşdırılır .