Yunanıstanın Rodos adasındakı meşə yanğını evlərə və hotellərə çatıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, adadan 1000-dən çox insan təxliyə edilib. 

Məlumata görə, güclü külək, yüksək temperatur və quraqlıq səbəbindən alov adanın mərkəzi-şərq tərəfindəki sahilləri bürüyüb. 

Sahil mühafizə gəmiləri və 20-dən çox şəxsi qayıq Kiotari və Lardos ərazilərinə yaxın çimərliklərdə köməksiz qalanların təcili təxliyyəsini həyata keçirir. 

Hadisə yerinə 40 yanğınsöndürən maşın, beş təyyarə və üç helikopter cəlb olunub. 

Ağarza Elçinoğlu