Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. 

“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər", - deyə məlumatda qeyd olunub. 

40 yaşlı şübhəli beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa edilib.

Hazırda araşdırma aparılır, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən edilir. 

Ağarza Elçinoğlu