Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

"Unikal" xəbər verir ki, Zelenski bu barədə axşam müraciətində bildirib.

“Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm”, - Ukrayna lideri tviter hesabında vurğulayıb.

“Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm”, - Zelenski qeyd edib.

“Koreya Respublikası Ukraynaya yardımı artırdığını açıqlayıb. Təşəkkür edirəm”, - Zelenski qeyd edib.

Zelenski həmçinin İsveçə, Yaponiyaya, Avstraliyaya, ABŞ-a, Almaniyaya Ukraynaya yardımlarına görə minnətdarlığını bildirib.