İsrail Baş naziri Binyamin Netanyahu Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bu barədə "Kan" radiosu məlumat yayıb.

Buna səbəb Binyamin Netenyahunun bu gün əməliyyat olunmasıdır.

Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb.