Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai Grandeur" markalı avtomobil "Opel" markalı maşınla toqquşub və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Seymur Əli