Yaşlı kişi polis sahə məntəqəsində vəfat edib. 

"Unikal"ın məlumatına görə, Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən polis məntəqəsinə müraciət üçün daxil olan 1955-ci il təvəllüdlü şəhər sakini Ədilov Rüstəm Süleyman oğlunun halı qəfil pisləşib.

Hadisə yerinə gələn həkim briqadası onun öldüyünü müəyyən edib. İlkin ehtimala görə, kişi ürək tutmasından dünyasını dəyişib. 

Ehtiram Muradov