Ağdaşda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş rayon Mərkəzi Xəstəxanasında baş verib.

Bir neçə gün öncə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən Hapıttı kənd sakini, 33 yaşlı Nübar Mərdanova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov