Zaqatalada icra nümayəndəliyinin binasında yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib. Yanğın yerinə Zaqatala YMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı kənd icra nümayəndəliyinə məxsus ümumi sahəsi 72 kv/m olan inzibati binasının çardaq hissəsi yanıb.

Binanın qalan hissəsi yangından mühafizə olunub.

Seymur Əli