Daxili İşlər Nazirliyi İsmayıllıdakı qəza ilə bağlı açıqlama yayıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.
Araşdırma aparılır.

*** 20:11

İsmayıllıda avtomobil qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, rayonun Xanagah kəndindən keçən hissəsində olub. İlkin məlumatla görə, qəza nəticəsində avtomobildə olan bir sərnişin ölüb, digəri yaralanıb.

Faktla bağlı araşdırma aparılır.