Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Bu barədə "Unikal"a Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.

*** 20:23

Bakı-Sumqayıt qatarında qəza baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə sərnişinlər bildiriblər. 

Hazırda xilasedicilər sərnişinləri vaqonlardan təxliyə edir. 

Xəsarət alanların olmadığı deyilir.