Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və digər otaqda 1 ədəd çarpayı yanıb. Yüksək temperaturdan 1 ədəd plastik pəncərə çərçivəsi və dəhlizdə 1 ədəd televizor əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.