Xankəndi-Bakı ultra marafonunun iştirakçıları Bakıya çatıb.  

"Unikal" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov marafonun ən yaşlı iştirakçısı - 68 yaşlı Hüseynağa Səfərovu təbrik edib. 

"68 yaşlı Hüseynağa Səfərov ölkəmizdə ilk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonunun ən yaşlı iştirakçısıdır. 5 gün ərzində 380 km qət etməyə bacaran bütün iştirakçıları təbrik edir, idmanımıza yeni-yeni uğurlar arzulayıram", - deyə nazir qeyd edib.

Qeyd edək ki, marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə bu gün Bakıya çatıblar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.