Ağdaşda minik avtomobili idarəetmədən çıxaraq qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Dəhnə kəndi istiqamətində baş verib.

İdarəetmədən çıxan "VAZ" markalı maşın idarəetmədən çıxaraq maneələrə çırpılıb. Qəza nəticəsində 1981-ci il təvəllüdlü rayon sakini Qəhrəmanov Ceyhun Vəli oğlu aldığı xəsarətlərdən ölüb. 1988-ci il təvəllüdlü rayon sakini Mürsəl Əliyev isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov