"Aİ-nin Ermənistandakı missiyası şəffaflığın təmin edilməsində mühüm funksiyanı yerinə yetirir. Missiya Azərbaycanla qarşılıqlı fəaliyyətə açıqdır".

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstan və Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar sosial şəbəkələrdə yazıb.

“Narahatlıqlar varsa, onlar təhlükəsiz mühitdə həll edilməlidir, çünki Aİ-nin Gürcüstandakı missiyası bütün tərəflərlə müntəzəm təmasları vasitəsilə təmin edir”, deyə o yazıb.