Türkiyənin Alanya şəhərində 40 yaşlı Rusiya vətəndaşı Sergey Kasyanov otel otağında ölü tapılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, onun uzun müddət otağından çıxmaması Oba rayonunda yerləşən otelin əməkdaşlarında şübhə yaradıb.

Otel işçiləri öz açarları ilə otağı açıb, turistin hərəkətsiz olduğunu görüb və polisə müraciət ediblər. Həkimlər Kasyanovun ölümünü təsdiqləyiblər.

Onun ölümünün səbəbləri dəqiqləşdirilir.