“Crocus City Hall”a hücum edən terrorçular onların kuratorunun Sayfullo adlı şəxs olduğunu bildiriblər.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, terrorçuların sözlərinə görə, onlar mütəmadi olaraq Sayfullo ilə əlaqə saxlayıb və ondan təlimat alıblar.

Kurator onlara terror aktı törətdikdən sonra avtomobillə Ukrayna ilə sərhədə doğru hərəkət etməyi əmr edib.

Sərhəddən bir qədər aralıda terrorçular maşını tərk etməli, sonra isə öz idarəçilərinin köməyi ilə Ukrayna ərazisinə keçməli idilər. Sayfullo terrorçuları Kiyevə çatdıracağına söz verib, orada onların hər birinə bir milyon rubl ödəniləcəkmiş.