Mozambikdə balıqçı gəmisi aşıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal sahillərində, Nampula əyalətində qeydə alınıb.

Qəza zamanı 91 nəfər ölüb.

Həddindən artıq sərnişinlə dolu olan gəmi adaya yaxınlaşarkən batıb. Gəmidə 130-a yaxın insanın olduğu vurğulanıb.

Digər insanların taleyi barədə məlumat verilmir.