Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun daha iki oyunu keçiriləcək.

"Unikal" xəbər verir ki, əvvəlcə autsayder "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.

Digər oyunda isə "Neftçi" evdə "Araz-Naxçıvan"la qarşılaşacaq. Bu matç saat 19:00-da start götürəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.