“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, “Panevejis” Azərbaycan çempionunun 3-cü mümkün rəqibi olub.

Litva çempionu səpələnməmişlər səbətinə düşüb. Buna “Slovan”ın Slovakiyadakı çempionluğu səbəb olub. Litvalılar “Ordabası” və “Vikinqur” kimi zəiflər sırasında yer alacaq. Səpələnmiş olan “Qarabağ” da bu rəqiblərdən biri ilə üz-üzə gələcək.

Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.