“Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm”.

"Unikal" xəbər verir ki, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Pedri deyib. 22 yaşlı futbolçu Kataloniya klubunu sevdiyini də bildirib: “Burada mənim üçün hər şey idealdır. Heç nədən narahat deyiləm. “Barselona” rəhbərliyi verdiyi bütün sözləri reallaşdırır. Komanda daxilində mənə böyük dəstək var. Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm”.

O, bu mövsüm “Barselona”nın heyətində ümumilikdə 26 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Pedri 2019-cu ildən İspaniya nəhənginin formasını geyinir.