"Azərbaycanda əmək qabiliyyətli insanın sıradan çıxması bütün ömür boyu iqtisadiyyatımıza təxminən 3 milyon manat zərər vurur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, bir insanın əmək qabiliyyətini qismən itirməsi isə iqtisadiyyata 1 milyon manat ziyan vurur: "Bu cəhətdən insanın zəhərlənməsi və ya vəfat etməsi, əlil olması Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər böyük itkidir. İnsanın orta ömür müddətinin uzanması Azərbaycan iqtisadiyyatı baxımından önəmlidir".

Onun sözlərinə görə, bu gün dünyada əhalinin sayının artdığı, iqlim dəyişikliklərinin kəskinləşdiyi dövrdə insanlıq qarşısında duran əsas məsələlərdən biri qida ilə bağlıdır: “Ona görə də qida təhlükəsizliyinə milli təhlükəsizlik konsepsiyası baxımından nəzər salmaq lazımdır. Qeyd edim ki, Azərbaycan qida məhsullarında dünyada yaşıl olaraq qalan ən az sayda ölkələrdən biridir”.

Anar Kəlbiyev