"İsrail həbsxanalarında izdihamın aradan qaldırılması üçün özünü “terrorçu” olaraq təyin edən hər bir fələstinli məhbuslara ölüm cəzası tətbiq edilməlidir". 

"Unikal" xəbər verir ki,  bu barədə İsrailin Milli Təhlükəsizlik Naziri, ifrat sağçı İtamar Ben-Qvir "X"da yazıb. 

 "İsrail hökuməti fələstinli məhbuslar üçün 936 əlavə həbs yerinin tikintisinə icazə verib.  Daha çox terrorçunun həbsxanaya aparılması və həbsxanadakı həbs böhranını qismən yüngülləşdirmək üçün terrorçu fələstinlilər edam edilsin", - deyə o, qeyd  edib. 

Gülayə Mecid