Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü, 1984-cü il təvəllüdlü və 52 kq çəki dərəcəsində çıxış  edən Kərimov Yusif Arif oğlunu  bir az bundan öncə maşın vurub. 

Unikal.org xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib. Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.
Hal-hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Unikal.org-a açıqlamasında məlumatı təsdiqləyib.
Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.