SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
Sədr işdən çıxarıldı, iki komitə birləşdirildi - YENİ TƏYİNAT (FOTO)
İDMAN 15:05 / 14.09.2018

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub. 

Unikal.org xəbər verir ki, iclasın gündəliyinə daxil olunan məsələlərdən biri də AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi idi.  

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də Hakim-İnspektorlar Komitəsinin rəhbəri Əli Hüseynov vəzifəsindən göndərilib. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib, yeni yaradılan komitəyə isə avstriyalı keçmiş FİFA referisi Frits Stuxlik sədr təyin olunub.

Qeyd edək ki, X.Məmmədov hər zaman hakimlərlə aralarında baş verən  qalmaqallara görə gündəmə gəlib.