20 Noyabr 2018
Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşdü - FOTOLAR
İDMAN 15:20 / 14.09.2018
Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayon və şəhər sakinlərini qəbul edib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Şirvan "Gənclər evi”ndə baş tutan qəbulda ümumilikdə 20-dən artıq vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclər sahəsini əhatə edən müxtəlif layihələrə dəstək verilməsi və onların maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə, əsasən fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikinti və təmiri və s olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.