SON XƏBƏRLƏR
24 Sentyabr 2018
Hərbi təyyarələr Bakı səmasında
SİYASƏT 15:34 / 14.09.2018
Hərbi təyyarələr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Bakıda uçuşlar keçirib.

Unikal.org-un məlumatına görə, uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanı və Bakı buxtasının üzərindən olub.

Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

Qeyd edək ki, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.