SON XƏBƏRLƏR
24 Sentyabr 2018
Azərbaycanlı dilənçinin üzərindən külli miqdarda pul çıxdı - Hava Limanında
HADİSƏ 17:16 / 14.09.2018
Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında dilənçilik edən azərbaycanlı saxlanılıb.

Unikal.org xəbər verir ki, dilənçinin üzərindən çıxan pullar isə İstanbul polisini təccübləndirib. Belə ki, azərbaycanlı dilənçi Hava Limanında saxlanılarkən üzərindən 15 ölkənin milli valyutasına məxsus pullar çıxıb.

Belə ki, Pendik Bələdiyyəsi Təhlükəsizlik Müdirliyinin əməkdaşları tərəfindən saxlanılan, adı açıqlanmayan azərbaycanlı dilənçinin üzərindən 2 min 500 türk lirası, 530 avro və 421 ABŞ dolları çıxıb.

Bununla belə, dilənçinin üzərində İran,Səudiyyə Ərəbistan, Qatar riyalı, Küveyt dinarı, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, Oman sultanlığına aid Riyal və Baisa olmaqla altı Körfəz ölkəsinin pulu tapılıb. Körfəz ölkələrinə aid olan pullarla yanaşı, Livan lirası və Liviya dinarı da üzərindən çıxıb.