Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun heyətində rəsmi oyunda ilk qolunu vurub.

Unikal.org xəbər verir ki, forvard İtaliya A Seriyasının 4-cü turunda "Sassuolo"ya qarşı keçirilən matçın 50-ci dəqiqəsində fərqlənib.Sonra futbolçu 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Ronaldu "Yuventus"a iyulun 10-da Madrid "Real"ından 100 milyon avroya transfer olunub.