Moldova parlamentinin əməkdaşları binaya bomba qoyulması barədə anonim zəngdən sonra təxliyə ediliblər.

Unikal.org xəbər verir ki, hazırda binanın ətrafının polislər tərəfindən mühasirəyə alındığı və içəridə minaxtaranların araşdırma apardığı bildirilir.

Qeyd edilir ki, bü gün üçün plenar iclas olmadığı üçün binada yalnız parlamentin əməkdaşları olub.

Oxşar hadisənin artıq Kişinyovda bir neçə dəfə təkrar olunduğu və bütün hallarda anonim zənglərdən sonra heç bir partladıcı aşkar edilmədiyi bildirilir.