Ailə qurmağa hazırlaşan məşhhur cütlüyün ayrıldığı iddia olunur. Söhbət türkiyəli aktrisa Demet Özdemir ilə aktyor Seçkin Özdemirdən gedir. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Demetlə Seçkinin ayrılma xəbərinin çıxmasına səbəb onların "instagram"da bir-birini izləmədən çıxarması olub. 

Valideynlərin də tanış olub, toy hazırlığına başladığı bir vaxtda onların ayrılıq xəbəri sevənlərini də üzüb. 

Cütlük bu barədə açıqlama verməkdən boyun qaçırıb. 

Qeyd edək ki, bir müddətdir sevgili olan Demet və Seçkin 2019-cu ildə nişanlanmaq, daha sonra ailə qurmağa hazırlaşırdı.