Almaniya Federativ Respublikasının Federal Kanslerixanım Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı iqamətgahında səhər yeməyinə qonaq edib.

Unikal.org xəbər verir ki, Angela Merkel Ərdoğana əvvəlcə iqamətgahının eyvanından şəhəri göstərib və burada bir neçə dəqiqə söhbətləşiblər.

Ərdoğan səhər yeməyinə xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, xarici işlər naziri Mövlüt Çavuşoğlu və Sənaye və Texnologiya naziri Mustafa Varankı da aparıb. Hər iki lider süfrə başında iki ölkə arasında bir sıra məsələlərlə bağlı da müzakirə aparıb və sənədlərə baxış keçiriblər.

Siyasətçilər iki ölkə liderinin bu səmimi görüşü Almaniya və Türkiyə arasında yaranan gərginliyi aradan qaldıracağını deyirlər.