Türkiyənin  əşhur aktyorlarından, "Yeşilçam ulduzu Kamal İnci evində ölü tapılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan 85 yaşlı aktyorun ölüm səbəbi infarkt keçirməsidir.

Bu barədə aktyorun qardaşı nəvəsi Ayça İnci sosial media hesabında məlumat verib:

"Babam Bilal İncinin qardaşı, rejissor, aktyor Kamal İnci evində ölü tapılıb. O, infaktdan dünyasını dəyişib. K.İnci sabah doğulduğu İzmirdə dəfn olunacaq".