Türkiyənin Adana şəhərində arvadını döyən 37 yaşlı kişinin məhkəməsi başlayıb. Prokuror onun 1,5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edir.

Unikal.org bildirir ki, qadın şikayət ərizəsini geri götürsə də, məhkəmə davam edir.

Ər özünü günahsız sayır.

"Arvadım əsl təmizlik manyakıdır. Gündə 5 dəfə evi təmizləmək, silib-süpürmək, yumaq olarmı?! Qonaq otağı üçün 30 min lirəyə mebel dəsti almışam. Kreslolarla divanların üstündə daim örtük olduğundan onların indiyədək nə rəngdə olduğunu belə, bilmirəm. Tək mən narahat olsam, dərdyarı. Oğlumla qızımın da canlarını boğaza yığıb. Stəkanları çox zəhərli, güclü vasitələrlə yuduğu üçün çay içəndən sonra hallüsinasiyalar görürük. O gün oğlum çay içəndən sonra döşəmədə gözünü axtarırdı, - ər deyib.

Arvadını döymədiyini, amma onu boşamaq niyyətində qəti olduğunu vurğulayan ər artıq usandığını söyləyib: "Belə həyat olmaz. Baxın, bu nimçəni alanda üzərində çiçək rəsmləri vardı. Yumaqdan o rənglər, o naxışlar gedib. Onun sayəsində bütün ailə möcüzələr diyarındadı. Tualet çirklənəcək deyə bizi it kimi çölə çıxarır, sellofan paketlərdən istifadə edirik. Yetər artıq!