Ötən il Taksimdə küçənin ortasında çiyininə alaraq qaçırdığı talehsiz qadına təcavüz edən şəxslərin cəzası bəlli olub.

Unikal.org Türkiyə mətbuatına istiandən xəbər verir ki, hadisəni törədən Engin.K 24 il, ona kömək edən dostu isə Dursun.A isə 20 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, səhər erkən saatlarında evlərinə getmək üçün Balo küçəsindən Tarlabaşı Bulvarına doğru gedən F.H.E adlı qadın cinsi təcavüzə məruz qalıb. Onun yanındakı rəfiqəsi E.Y-yə isə təpikləyərək xəsarət yetiriblər.