"Mitsubishi" şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb.

Unikal.org  xarici mediaya istinadən xəbər verir ki, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış "Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.