Türkiyə Silahlı Qüvvələrinin İraqda və Suriyada olan hərbçilərinin qalma müddəti daha bir il uzadılıb.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.
Qeyd edək ki, 2014-cü ildə ölkə parlamenti ordunun xarici ölkələrə göndərilməsinə və əcnəbi hərbçilərin Türkiyə ərazisində yerləşdirilməsinə imkan verən qərar qəbul etmişdi. Türkiyə ordusunun xaricə göndərilməsi birillik mandat əsasında həyata keçirilir.