"Qarabağ Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərənin "Arsenal klubunu qəbul edəcək.

Unikal.org  xəbər verir ki, Almaniya yığmasının futbolçusu Məsut Özil oyundan əvvəl Azərbaycanı salmalayıb. Türkiyə əsilli futbolçu sosial şəbəkə hesabında yazıb: "Axşamınız xeyir Bakı & Azərbaycan!.Özilin Bakı Olimpiya Stadionunda pişiklə çəkilən fotosu izləyicilərin marağına səbəb olub.
 
Qeyd edək ki, oyun bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.