"EA Sports və "Nike "Yuventusun futbolçusu Kriştiano Ronaldonun zorlamada ittiham edilməsi ilə bağlı bəyanat yayıblar.

Unikal.org xəbər verir ki, hər iki şirkət məsələni diqqətlə izlədiklərini vurğulayıblar. "EA Sportsun bəyanatında deyilir:

"Biz Ronaldoya qarşı ittihamlarla bağlı məruzə ilə tanışıq. Vəziyyəti diqqətlə izləyirik. Gözləyirik ki, idmançılar və səfirlərimiz özlərini bizim dəyərlərə uyğun aparacaqlar.

"Nike şirkətinin də açıqlaması eyni xarakterdə olub: "Biz buna görə bərk narahat olmuşuq. Təklif edirik ki, situasiyanı diqqətlə izləyək.

Ronaldo "EA Sportsun siması hesab olunur. Futbolçu "Nikela 2003-cü ildən əməkdaşlıq edir. 2016-cı ildə bağlanan müqavilə 1 milyard dollar dəyərində olub. Bu müqavilənin ömürlük bağlandığı bildirilir.

Qeyd edək ki, Ketrin Mayorq adlı qadın Ronaldonun 9 il əvvəl onu zorladığını iddia edir. Kriştiano bu ittihamı qətiyyətlə rədd edir.