Şənbə günü Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olaraq onu partlatmaq istəyib, lakin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan deyib.